AFFA-nın U-21 millisində boş qalan baş məşqçi postunu kimə həvalə ediləcəyi müəyyənləşib.
Sportarena.az Sportlife.az-a istinadən xəbər verir ki, bu posta Mahmud Qurbanov təyin olunacaq. Son olaraq Robert Prosineçkinin köməkçisi vəzifəsində çalışan Qurbanov aparılan müzakirələrdən sonra U-21 yığması üçün ən ideal namizəd hesab edilib.
Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.