Azarkeşlərdən "Çelsi" ilə oyun üçün aksiya - "Biz "əzik", "fakir" deyildik"

12:15 17 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı uğurla təmil edən "Qarabağ"ın 5-ci oyununa sayılı günlər qalıb.

 

Sportarena.az xəbər verir ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda "Çelsi"ni qəbul edəcək Ağdam klubunun satışa çıxardığı biletlər artıq tamamilə satılıb. Bu, matça olan marağın göstəricisidir. Azarkeşlər "Qarabağ"ı sonuncu və turnir cədvəli baxımından kifayət qədər vacib olan ev oyununda yalnız buraxmaq istəmirlər.

 

"Çelsi" ilə oyunda "Qarabağ" azarkeşlərini xareqrofiya hazırlamaqla sevindirməyi planlaşdırır. Fanatlar isə müxtəlif yollarla Azərbaycan çempionuna dəstək olmağa çalışacaqlarını bildirirlər. Sosial şəbəkələrdə bu yöndə müxtəlif aksiyalar keçirilir. Aksiyalardan biri xüsusilə diqqətimizi çəkdi.

 

Belə ki, "Facebook" sosial şəbəkəsində kifayət qədər izləyicisi olan "İpəzor" səhifəsində azarkeşlərə müraciət edilərək "Çelsi" ilə oyuna üzərində "Qarabağ" yazılmış A4 tipli vərəqlərdə gəlməklə bağlı çağırış edilib. "Qoy görsünlər ki, biz "əzik", "fakir" deyil, sadəcə səmimi idik" deyə matça gələcək azarkeşlərə müraciət edilib.

 

 

Qeyd edək ki, "Qarabağ" "Atletiko" ilə ev oyunundan sonra (0:0) Türkiyənin "Sabah" qəzetinin yazarı Mövlud Təzəl matç zamanı A4 vərəqlərdə bir neçə azarkeş tərəfindən açılmış "Qarabağ" pankartına "əzik" və "fakir" şərhini yazmışdı. Onun bu yazısı Azərbaycanda və eləcə də qardaş ölkədə ciddi etirazlara səbəb olmuş, qəzet yazını silmək məcburiyyətində qalmışdı, Tezel daha sonra dəfələrlə yazısına üzr istəsə də, insanlar onun bu addımını demək olar ki, bağışlamadılar.


Digər xəbərlər

Xəbər xətti