İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Mançester Siti”nin çalışdırıcı Xosep Qvardiola oktyabr ayının ən yaxşı məşqçisi seçilib. O, Maurisio Poçettino ("Tottenhem"), Joze Mourinyo ("Mançester Yunayted") və Şon Dayçı ("Bernli") qabaqlayıb. Qvardiola sentyabr ayının da ən yaxşısı seçilmişdi.
Qeyd edək ki, oktyabrda keçirdiyi 3 oyunun hamısında qalib gələn "şəhərlilər" 31 xalla turnir cədvəlinə başçılıq edir.