Dortmund “Borussiya”sı hücumçusu Pyer-Emerik Obameyanqı heyətdən uşaqlaşdırıb.
Sportarena.az xəbər verir ki, Obameyanq noyabrın 17-də “Ştutqart”la keçiriləcək oyun üçün iştirak ərizəsinə daxil edilməyib. Almaniya mətbuatı bu qərarın səbəbini öyrənib. Məlum olub ki, Obameyanq məşqə 20 dəqiqə gecikib. Bundan savayı, o, İspaniyaya gedərkən gecə klubuna baş çəkib və sabiq komanda yoldaşı, hazırda “Barselona”da çıxış edən Usman Dembele ilə görüşüb.
Sosial şəbəkədə futbolçunun qardaşı ilə gecə klubunda çəkilmiş şəkli də yayılıb. Futbolçu İspaniyaya komanda üzvlərinə istirahət verilən vaxt gedib. Ancaq onun bu addımı klub rəhbərliyinin xoşuna gəlməyib.