Konte: “Qarabağ”a kiçik komanda kimi baxmayaq”

11:56 18 Noyabr 2017

“Çox çətin matç olacaq. Hamımız “Qarabağ”la oyunun bizim üçün xüsusi qarşılaşma olduğunu dərk edirik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. O, UEFA Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb. İtaliyalı mütəxəssis Ağdam klubuna qarşı oyuna kökləndiklərini bildirib:

 

“Bu oyuna tam hazırıq və köklənmişik. “Vest Bromviç” oyunundan sonra bizi daha çətin qarşılaşma gözləyir. Azərbaycan klubuna kiçik komanda kimi baxmayaq. Bu matçın əhəmiyyəti çox böyükdür. Bakıda ancaq qələbə qazanmaq istəyirik. Çünki bu oyun bizim ÇL-dəki taleyimizi həll edə bilər”.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 22 noyabr saat 21:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti