O, bunu bacaran ilk şəxs oldu

15:30 19 Noyabr 2017

Almaniyanın “Bavariya” klubu Bundesliqanın 12-ci turunda “Auqsburq”la ev oyununda 3:0 hesablı darmadağına sevindi.

Sportarena.az xəbər verir ki, bu qələbə Münhen klubunun baş məşqçisi Yupp Haynkes üçün əlamətdar olub. O, futbolçu və məşqçi kimi Bundesliqada 500-cü qələbəsini qazanıb. Haynkes bu göstəriciyə nail olan ilk futbol adamı olub. 72 yaşlı Yupp 174 oyunda futbolçu, 326 qarşılaşmada isə məşqçi kimi qələbə qazanıb.

 

O, futbolçu kimi Münhenqladbax “Borussiya”sının heyətində 4, məşqçi kimi “Bavriya” ilə 3 dəfə Almaniya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti