"Qalatasaray" 9 il sonra

16:17 19 Noyabr 2017

Türkiyə çempionatının 12-ci turunda "Qalatasaray" səfərdə "Başakşehir"ə 5:1 hesabı ilə məğlub oldu.
 
Sportarena.az xəbər verir ki, bununla da "sarı-qırmızılar" 9 il fasilədən sonra yenidən qapısında 5 qol görüb. Komanda sonuncu dəfə 2009-cu il fevralın 22-də Ali Sami Yen stadionunda hazırda "Qarabağ"da çıxış edən Rəşad Sadıoqovun formasını geyindiyi "Kocaelispor"dan 5 qol "yemişdi". Millimizin sabiq kapitanı həmin gördüşdə 90 dəqiqə meydanda olmuşdu.
 
 
Tudorun komandası 3191 gündən sonra qapısından buraxdığı 5 qola əngəl ola bilmədi. "Başakşehir"lə oyun "Qalatasaray"ın tarixində ən çox qol buraxdığı 7-ci görüş olub. Türkiyənin ən yüksək dəstəsində keçirdiyi 60-cı mövsümündə "Sarı-qırmızılar" buna qədər 6 görüşdə 5 və daha çox qol buraxmışdı. 
 
"Qalatasaray" Superliqada ən çox qol "yediyi" mövsüm 2002-2003 olub. Həmin vaxt komanda əzəli rəqibi "Fənərbaxça"ya 6:0 məğlub olmuşdu. 


Digər xəbərlər

Xəbər xətti