16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Albaniya komandası ilə qarşılaşan yığmamız Bəxtiyar Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Futbolçularımız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcək.