“Real"ın müdafiəçisi kapitanı Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək oyunda iştirak etməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. La Liqanın 12-ci turunda “Atletiko” ilə oyunda burnundan zədələnən müdafiəçi Kiprə yollanacaq heyətdə yer almayıb. Baş məşqçi Zinəddin Zidan təcrübəli futbolçuya istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, APOEL – “Real” oyunu noyabrın 21-də keçiriləcək.