Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Çelsi" (İngiltərə) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.
Sportarena.az xəbər verir ki, "köhlən atlar"ın baş məşqçi Qurban Qurbanov noyabrın 21-də saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq. "Qarabağ"ın son məşqi isə saat 17:40-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Çelsi"nin baş məşqçisi Antonio Konte isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İngiltərə təmsilçisinin son məşqi isə saat 15:00-da "Bakcell Arena"da baş tutacaq.