İsveçdə 2017-ci ilin ən yaxşı futbolçusu bəlli olub.
Sportarena.az xəbər verir ki, ilin ən yaxşı futbolçusu Andreas Qrankvist seçilib. “Krasnodar”ın kapitanı Zlatan İbrahimoviçin 10 illik hökmranlığına son qoyub.
Mükafatın təqdimat mərasimi noyabrın 20-də Stokholmda keçirilib. Səsvermədə 2-ci yeri “Leyptsiq”in oyunçusu Emil Forsberq tutub. Zlatan İbrahimoviç 3-cü pillədə qərarlaşıb.