UEFA Gənclər Liqasının “Beşiktaş” - “Portu” (U-19) matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək.
Sportarena.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev “Beşiktaş” - “Portu” qarşılaşmasında baş hakim kimi iş başında olacaq. Ağayevə Mübariz Həşimovla Akif Əmirəli kömək edəcək. Oyunun ehtiyat hakimi isə türkiyəli referi Oğuzhan Uğurlu olacaq.
Qeyd edək ki, “Beşiktaş” - “Portu” matçı bu gün keçiriləcək.