Kiprdə azarkeş Ronaldoya hücum etdi - FOTO

15:03 21 Noyabr 2017

“Real” Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək oyun üçün Kiprə gəlib.

 

Sportarena.az xəbər verir ki, oyunun keçiriləcəyi Nikosiya şəhərində insident yaşanıb. "Real"ın forvardı Kriştiano Ronaldo mətbuat zonasında jurnalistlərin suallarını cavablandırıb. Azarkeşlərdən biri saxta vəsiqə ilə o zonaya daxil ola bilib. O, qəflətən Ronaldoya yaxınlaşaraq, onunla selfi çəkdirmək istəyib. Təhlükəsizlik qüvvələrinin vaxtında müdaxiləsi sayəsində azarkeşi zərərsizləşdirmək mümkün olub.

 

Qeyd edək ki, APOEL - “Real” oyunu bu gün saat 23:45-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti