Millimizin futbolçusu quldurluğa görə həbs olundu

16:18 21 Noyabr 2017

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Sportarena.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər. O.Atayev, M.Məmmədov isə 4 il azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, 3 nəfərdən yalnız M.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib və müttəhimlər kürsüsünə çıxarılıb. O.Atayev və M.Məmmədov barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilsə də, onlar sonradan azadlığa buraxılıblar.
 
Təqdirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətininin üzvü olub.  
 
Həmin şəxslər Bakəda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər. Məlum olub ki, saxlanılanlardan M.Məmmədov M.Məhərəmovun qaynıdır. M.Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş. (Report)


Digər xəbərlər

Xəbər xətti