Sabah Çempionlar Liqasında “Qarabağ” – “Çelsi” oyunu baş tutacaq.
Sportarena.az xəbər verir ki, matça maraq həddən artıq böyükdür. Hətta xarici ölkələrdən də bu qarşılaşma üçün fanatlar Bakıya gəlib. “Çelsi” klubunun İraq fan-klubu dünəndən paytaxtımızdadır. Onlar qarşılaşmada komandalarına dəstək olacaqlar.
İraqlı azarkeşlər hətta dünən London klubunun baş məşqçisi Antonio Konte ilə də görüşüblər. Onlar italiyan məşqçi ilə “selfie” də çəkdirməyə imkan tapıblar.