Azərbaycan çempionu “Qarabağ” sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.
Sportarena.az xəbər verir ki, Ağdam klubu bu görüşü canlı izləmək istəyən azarkeşlərə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur:
“Azarkeşlərimizdən xahiş olunur ki, girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdı. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidi. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq. Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur”.