Miçel: "Çelsi" ilə ilk oyun bir qəza idi"

15:57 22 Noyabr 2017

“Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi”ni qonaq edəcək.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun ispan yarımmüdafiəçisi Miçel Madera oyundan əvvəl ölkəsinin mətbuatına danışıb. O, “Qarabağ”ın kifayət qədər güclü rəqiblərin olduğu qrupda yer aldığını deyib:

 

“Ümid edirəm ki, “Çelsi”ylə oyunda yaxşı nəticə əldə edərik. Biz bu qrupa düşdüyümüz vaxt çətin olacağını bilirdik. Rəqiblərimizin hamısı Avropanın böyük komandalarıdı. Amma biz nəsə etməliyik. Yaxşı nəticələr qazanmaq istəyirik. Üçüncü pilləni tutmaq olduqca çətindi. Şansımızın az olduğunu bilirik. “Çelsi”ylə görüşdə xal qazanmalıyıq. Onda hansısa şansımız yaranar. "Stemford Bric”də keçirdiyimiz ilk oyun bir qəza idi. Həmin nəticəyə görə çox əsəbiləşdik”


Digər xəbərlər

Xəbər xətti