Böyük Britaniya səfirindən maraqlı paylaşım - "Niyə də yox?!"

16:17 22 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa maraq böyükdür.

 

Sportarena.az xəbər verir ki, hətta Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Bakıdakı səfirliyi də bu matça böyük diqqət ayırır. Təsadüfi deyil ki, səfirliyin rəsmi səhifəsi qarşılaşma ilə bağlı paylaşım edib. Səfir Kerol Meri Krofts əlində “Qarabağ” və “Çelsi” yazılamış şərflə foto paylaşıb.

 

Maraqlıdır ki, paylaşımın üzərində DÇ-2018-in sçmə mərhələsində millimizin sloqanı olan “Niyə də yox?!” yazılıb.

 




Digər xəbərlər

Xəbər xətti