"Qarabağ"ın oyununda açılan xoreoqrafiya Türkiyədə güdəm oldu - FOTOLAR

23:50 22 Noyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə matçda azarkeşlərin nümayiş etdirdiyi möhtəşəm xoreoqrafiya Türkiyə mətbuatının gündəmini zəbt edib.

 

Sportarena.az xəbər verir ki, nəhəng plakatda “The Glorious” (Şərəf “Qarabağ) və “Far away from home but where you belong” (“Evdən uzaq, amma aid olduğun yer”) sözləri yazılıb və bununla da dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsinin mesajı verilib.

 

Qardaş ölkə mətbuatı xoreoqrafiyanı “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezelə sillə kimi cavab adlandırıb.

 

Xatırladaq ki, M.Tezel oktyabrın 10-da keçirilən “Qarabağ” – “Atletiko”oyununda azarkeşlərin hazırladığı plakatı təhqir etmişdi. Belə ki, o,  “Ezik kareoqrafi"  adlı köşəsində  tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırmışdı.

 

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olmuşdu.  Bundan sonra Tezelin yazısı qəzetin saytından silinmiş, yazar isə sosial şəbəkədə Azərbaycan xalqından üzr istəmişdi.

 

 





 


 


Digər xəbərlər

Xəbər xətti