Maksim Medvedev: “Kənardan elə görünə bilər"

11:21 23 Noyabr 2017

Qarabağ”ın müdafiəçisi Maksim Medvedev UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə çempionu “Çelsi”yə uduzduqları ev oyunundan (0:4) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, millimizin də şərəfini qoruyan təcrübəli futbolçu daha çox hakimlikdən şikayətlənib:

 

- İlk oyundan sonra rəqibi daha yaxşı tanıyırdıq. “Çelsi”nin oyununu analiz etmişdik, necə oynadıqlarını bilirdik. Oyuna yaxşı başladıq, qol imkanlarımız oldu. Ancaq Miçelin zərbəsi dirəyə dəydi. Qırmızı vərəqə və penalti isə bütün planlarımızı alt-üst etdi.

 

- Kapitan sarğısını alandan sonra hakimlə danışırdız. Nə hiss edirdiz, qərəzli olduğu hiss olunurdu mimikasında?
- Birinci dəfədi ki, emosiyası olmayan hakim görürdüm. Bütün komanda ilə üstünə getdik ki, penalti verməsin, heç olmasa qırmızı vərəqə vermə. Biz penalti olub-olmadığını dəqiq bilmirdik. Ancaq Rəşadın ilk folunda belə qərar çox ağır oldu. Çox pis təsir etdi komandaya. Bundan sonra psixoloji cəhətdən “sınmamağa” çalışdıq.

 

- “Qarabağ” ilk 20 dəqiqədə çox yaxşı oynayırdı və topa nəzarət edirdi. Sanki oyununuzla hakimi qorxutunuz…
- Onda sanki “Qarabağ”a qarşı antipatiya yaranmışdı. İstəyirdi ki, ilk dəqiqələrdən komandanı “sındırsın”.

 

- Qırmızı vərəqədən sonra baş məşqçi Qurban Qurbanov bütün komandanı başına yığdı. Elə təəssürat yarandı ki, sanki komanda meydanı erkən tərk edir...
- Kənardan elə görünə bilər, ancaq ciddi bir şey deyildi. Belə bir şeyə hazır deyildik, ona görə də təcili şəkildə yerdəyişmələri başa saldı. Fasilədə isə tam başqa sistemə keçdik.

 

- Formanı kiminlə dəyişdin?
- Heç kiminlə. Oyunda elə vəziyyət yarandı ki, sanki məni futboldan küsdürdülər. Hakim bəzi epizodlarda özünü elə apardı ki…Oyunçuların üzünə baxırdım, sanki oynamaq istəmirdilər.


Digər xəbərlər

Xəbər xətti