Dieqo Simeone: “Roma”nın “Qarabağ”la görüşdə xal itirməsini gözləməliyik”

15:51 23 Noyabr 2017

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Roma"ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis qrup mərhələsinin son turunda təmsilçimiz "Qarabağ"ın "Roma"nı büdrətməsini gözlədiyini deyib:

 

"Bizim üçün əhəmiyyətli oyun idi. Qarşılaşma ərzində fəal idik. Vacib qələbə qazandıq. Bunun sayəsində növbəti mərhələyə adlamaq şansımız qalmaqdadır. Bu dəfə istədiklərimizi reallaşdırdıq. Qrizmann və Qameyro əlinə düşən imkanlardan istifadə etdilər. Qələbə bizə lazım idi və bunu bacardıq. İndi Londonda qalib gəlməli və “Roma”nın “Qarabağ”la görüşdə xal itirməsini gözləməliyik. Başqa variantımız yoxdur”.


Digər xəbərlər

Xəbər xətti