Yeni Zelandiya millisinin baş məşqçisi Entoni Hadson istefa verib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı yerli futbol federasiyasının saytı yayıb. 36 yaşlı mütəxəssisin istefasına səbəb Okeaniya təmsilçisinin DÇ-2018-dən kənarda qalması olub.
Xatırladaq ki, Yeni Zelandiya millisi DÇ-2018-in seçmə mərhələsinin qitələrarası pley-off oyununda Peru yığmasına uduzmuşdu (0:0, 0:2).