İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.
Sportarena.az xəbər verir ki, isveçli forvardın "qırmızı şeytanlar"ın heyətində qitənin ən nüfuzlu klub turnirində debütü qrup mərhələsinin V turunda İsveçrə "Bazel"i ilə görüşə təsadüf edib. Qarşılaşma "Basel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç əvvəllər Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter", "Milan", İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının heyətində bu turnirin iştirakçısı olub.