PSJ-dən ÇL-də yeni rekord

18:13 23 Noyabr 2017

PSJ klubu futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Seltik”i 7:1 hesabı ilə məğlub edərək yeni rekord müəyyənləşdirib.
 
Sportarena.az xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin oyunda vurduğu qol komandasının beşinci, qrup mərhələsində isə 22-ci top olub. Daha sonra isə Edinson Kavani və Dani Alves komandanın, müvafiq olaraq 23-cü və 24-cü qollarını vurublar.
 
Beləliklə, PSJ turnirin qrup mərhələsində qolların sayına görə, yeni rekord müəyyənləşdirib. Bu nəticəyədək ən yaxşı göstərici "Borussiya”ya aid idi – 21 qol.
 
PSJ cari mövsümdə Çempionlar Liqası yarışlarında məhz "Seltik”lə oyunda qapısında qol görüb. Hazırda komandanın turnirdə top fərqi 24:1-ə bərabərdir.


Digər xəbərlər

Xəbər xətti