"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben gələcək planı barədə danışıb.
Sportarena.az xəbər verir ki, "Bild" nəşrinə açıqlamasında holland futbolçu bunları deyib:
"Ola bilsin, karyeramı bu mövsüm başa çatan kimi bitirim. Bəlkə də, məni yeni bir şey gözləyir və "Bavariya"da daha 3 il oynaram. Hər şey mümkündür. Sadəcə olaraq növbəti oyuna baxıram. Daha irəli boylanmaq istəmirəm. Yüksək səviyyədə mümkün qədər çox oynamaq və futboldan həzz almaq istəyirəm. Bunun nə qədər davam edəcəyini deyə bilməyəcəm".