Bakı Oksford Məktəbinin şagirdləri Azərbaycanın qızlardan ibarət U-19 və əsas millinin məşqini izləyib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, futbolçular üçün yaradılan şəraitlə tanış olan məktəblilər məşqlərdə iştirak edib, futbolçulardan müsahibə götürüb.
Məktəblilər bunun əsasında “Qadın hüquqları” mövzusu ilə bağlı material hazırlayacaqlar.