“Qarabağ”ın afrikalı hücumçusu Dino Ndlovu Çempionlar Liqasında sərgilədiyi oyunla Avropa klublarının maraq dairəsinə düşüb.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun vətəni - Cənubi Afrika Respublikasının mətbuatı məlumat yayıb. “Soccerladuma.co.za” saytının iddiasına görə, Rumıniya çempionatının lideri ÇFR klubu 27 yaşlı forvardla yaxından maraqlanır.
Kluj təmsilçisi yayda Ağdam klubu ilə müqaviləsi başa çatacaq Ndlovunu transfer etmək istəyir. Ancaq bu, təkcə rumınların istəyindən deyil, eyni zamanda, Dinonun “Qarabağ”da qalıb-qalmayacağından asılıdır.