“Kəpəz” Peşəkar Futbol Liqasına müraciət edərək ev oyunlarını keçiridiyi Gəncə şəhər stadionunda qarşılaşmaların ardıcıl reallaşdığını əsas gətirərək, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Binə” ilə matçının yerinin dəyişdirilməsini xahiş edib.
Sportarena.az xəbər verir ki, “Kəpəz” klubunun müraciətini və “Binə”nin razılığını əsas götürən PFL oyunla bağlı aşağıdakı qərarı verib:
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Kəpəz” - “Binə” oyunu 29 noyabr tarixdə “Dalğa Arena”da keçirilsin.