Yunis Hüseynov: "Bu nəticəyə görə komanda cəzalanacaq"

17:17 25 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində Gəncədə keçirilən oyunda “Kəpəz” “Qəbələ”yə 1:6 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, bu oyun Yunis Hüseynovun Gəncə təmsilçisinin “sükanı arxasında” ilk matçı olub. Debütü rüsvayçı məğlubiyyətlə rəsmiləşən Hüseynov oyundan sonra bunları deyib:

 

“Komandaya qış fasiləsində iki-üç futbolçu gətirəcəyik. Amma bahalı oyunçu ala bilmərik. İndidən axtarışdayam. Ancaq ayağımızı yorğanımıza görə uzadacağıq. Gəlmişəmsə, əziyyət çəkməliyəm. Komandanın vəziyyətini dərk edib bura gəlmişəm. Bunun üçün də, oturmaq yox, işləmək lazımdı. Uşaqlar istədilər qələbə qazansınlar, lakin erkən qol öz sözünü dedi. “Qəbələ”nin hücumçuları fərdi şəkildə çox güclüdülər. Üstəlik, öz səhvlərimizin qurbanı olduq, uşaq səhvləri etdik. Bu nəticəyə görə komanda cəzalanacaq. Bu, həvəskar yox, peşəkar komandadı”.


Digər xəbərlər

Xəbər xətti