Azərbaycan Premyer Liqasının XIII turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:6) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssisin bunları deyib:
“Komandamdan razı qaldım. Həm oyun, həm də nəticə ürəyimcə oldu. Futbolçularımız çox yaxşı çıxış etdilər. Keyfiyyətli oyun nümayiş etdirdik. Rəqib barədə danışmağı xoşlamıram. Həmin vaxtdan bəri çox müddət keçib. Üzərimizdə çox işləmişik və bu gün bunun bəhrəsini görürük”.