Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.
Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək 2 oyunla tura yekun vurulacaq. "Sumqayıt" doğma meydanda "Səbail"i qəbul edəcək. Turun son, həm də, mərkəzi qarşılaşmasında isə "Zirə" evdə "Qarabağ"la üz-üzə gələcək.
İlk oyun günündə "Qəbələ" "Kəpəz"i səfərdə darmadağın edib. Günün digər oyununda isə "Neftçi" "Keşlə"dən üstün olub.
Azərbaycan Premyer Liqası, 13-cü tur
26 noyabr
16:00 Sumqayıt - Səbail 0:0
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt. Şəhər stadionu
18:00 Zirə - Qarabağ 2:3
Qol: Vüsal İsgəndərli, 51. Riçard Qadze, 67 - Riçard Almeyda, 21. Dino Ndlovu, 26. Mahir Mədətov, 62.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Zirə. İdman kompleksinin stadionu
25 noyabr
14:30 Kəpəz - Qəbələ 1:5
Qol: Kərim Diniyev, 56-p - Baqoli Dabo, 1; 54 Steven Manroz, 14. Fomussa Kone, 40; 78. Ruslan Qurbanov, 64.
17:00 Neftçi - Keşlə 3:1
Qol: Mirabdulla Abbasov, 34. İqnasio Herrera, 51. Ruslan Abışov, 89 - Adrian Skarlatake, 69.