Obameyanq rekorda şərik çıxdı

14:17 26 Noyabr 2017

Almaniya Bundesliqasının 13-cü turu Rur derbisi ilə əlamtdar olub. "Şalke"ni qəbul edən Dortmund "Borussiya"sı ilk hissəni 4:0 öndə tamamlasa da, fasilədən sonra Gerzenkirxen klubu hesabı bərabərləşdirməklə aktivinə 1 xal yazdırıb.

 

Sportarena.az xəbər verir ki, bu oyunda Dortmund klubunun hücumçusu Pyer-Emerik Obameyanq fərqlənməklə Bundesliqada vurduğu qolların sayını 96-a yüksəldib. 28 yaşlı forvard bu baxımdan Almaniya çempionatında ən sərrast afrikalı futbolçu olub.

 

"Ayntraxt" və "Hamburq"un sabiq hücumçusu Toni Yeboanın da aktivində eyni sayda qol var. Qanalı forvard 1988-95-ci illərdə Bundesliqada top qovub. 


Digər xəbərlər

Xəbər xətti