“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi özünün şəxsi antirekordunu təkrarlayıb.
Sportarena.az xəbər verir ki, İspaniya La Liqasının 13-cü turu çərçivəsində baş tutmuş “Valensiya” ilə səfər matçını (1:1) qolsuz başa vuran Leo, ardıcıl 6-cı oyunda fərqlənə bilməyib. O, bu oyunların 5-ni “Barselona”da, 1-ni isə Argentina millisinin heyətində keçirib. Messi sonuncu dəfə 2010-cu ildə ardıcıl 6 matçda qola həsrət qalmışdı. Ancaq builkindən fərqli olaraq, Leo həmin qarşılaşmaların 5-ni millidə, 1-ni isə klubda keçirmişdi.
Antirekorda rəğmən, Messi La Liqada bombardirlərin siyahısına başçılıq edir. Onun hesabında 12 top var.