Azərbaycan Premyer Liqasının 13-cü turu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, albaniyalı müdafiəçi Azərbaycan çempionatlarında yubiley - 200-cü matçını keçirib. 35 yaşlı legionerin yubileyi “Zirə” ilə səfər qarşılaşmasına (3:2) təsadüf edib.
2010/11 mövsümündən “Qarabağ”da çıxış edən Ansi ölkəmizdə yalnız bir klubda forma geyinib. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla keçirdiyi 200 oyunun hamısına “Qarabağ” formasında çıxan müdafiəçinin hesabında 3 qol var. Ansi Aqolli Azərbaycan çempionatlarında 200 və daha çox oyun keçirən 7-ci legionerdi.