"Səbail" bunu ilk dəfə bacardı

14:16 27 Noyabr 2017

Azərbaycan Premyer Liqasının “Sumqayıt”la səfər qarşılaşması “Səbail” üçün ilklə əlamətdar olub. 

 

Sportarena.az xəbər verir ki, debütant yüksək dəstədə özünün ilk heç-heçəsinə imza atıb - 0:0. Bu turadək cari mövsüm aktivində bərabərlik olmayan yeganə komanda olan Samir Əliyevin yetirmələri özünün 12-ci matçında 1 xal qazanıb. Bunadək 4 qələbə və 7 məğlubiyyəti olan bakılılar 11 matçlıq heç-heçəsizliyə son qoyub.

 

Azərbaycan çempionatları tarixində ən uzun heç-heçəsiz oyunlar seriyası “Şəfa”ya məxsusdu. Paytaxt klubu 1996-98-ci illərdə texniki nəticələr sayılmadan ardıcıl 51 dəfə ya qalib gəlib, ya da uduzub. “Şəfa” Azərbaycan yığması (U-18) adı altında çıxış etdiyi 1997/98 mövsümünü bərabərliksiz başa vurub.


Digər xəbərlər

Xəbər xətti