"Borussiya" Obameyanqı satışa çıxardı - Günahkar o imiş

16:16 27 Noyabr 2017

Dortmund “Borussiya”sı hücumçusu Pyer-Emerik Obameyanqı satmağı planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın “Bild” nəşri yayıb. Xəbərdə Bundesliqanın son turunda, “Şalke”yə qarşı matçda 4:0 önə keçməsinə baxmayaraq, bu hesabı qoruyub saxlaya bilməyən (4:4) Dortmund təmsilçisində Obameyanq günahkar elan edilib. Belə ki, qarşılaşmanın 72-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan qabonlu forvard qələbənin əldən verilməsində əsas günahkar hesab edilir.

 

Klub rəhbərliyi 12-ci turdan öncə intizamsızlığına görə də heyətdən kənarlaşdırılan hücumçunu qışda satmağı planlaşdırır. Dortmund təmsilçisinin Obameyanqı 60 milyon avroya satmağa hazır olduğu qeyd edilir.

 

Qabon millisinin üzvünün xidmətində “Çelsi”, “Liverpul” kimi klublar maraqlıdı. Xatırladaq ki, yayda Obameyanqı “Milan” və “Tianjin Quanjian” heyətinə cəlb etmək istəsə də, “Borussiya” onu satmaqdan imtina etmişdi.

 

Bundesliqanın cari mövsümündə 11 qola imza atmış qabonlu hücumçu, bombardirlərin yarışında yalnız “Bavariya”nın futbolçusu Robert Levandovskidən (13 qol) geri qalır.


Digər xəbərlər

Xəbər xətti