"Roma"nın futbolçusu zədələndi

12:46 28 Noyabr 2017

 

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, İtaliya A seriyasının 14-cü turunda səfərdə “Cenoa” ilə qarşılaşan (1:1) “canavarlar”ın hücumçusu Qrequar Defrel sıradan çıxıb. O, matçın 58-ci dəqiqəsində əvəzlənib. Klubun rəsmi saytında yer alan məlumatda Defrelin dizaltı vəzlərində ciddi zədə aşkarlandığı qeyd edilib. Onun vəziyyətinə yaxın vaxtlarda aydınlıq gələcəyi vurğulanıb.

 

Xatırladaq ki, “Qarabağ” qrupda son oyununu səfərdə “Roma”ya qarşı keçirəcək. Qarşılaşma dekabrın 5-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti