Məsut Özillə Aleksis Sançes qışda “Arsenal”ı tərk etməyəcəklər.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Arsenal”ın baş məşqçisi Arsen Venger verib. Yayda onların klubu havayı tərk etmə ehtimalının olmasına baxmayaraq, Venger futbolçuların qışda satılmasına qarşı çıxıb:
“Özillə Sançes burda olduqları müddətdə bütün qüvvələrini kluba sərf edəcəklər. Mənim rəhbərliyim altında onlar mövsümün sonuna qədər klubda qalacaqlar, qışda komandanı tərk etməyəcəklər. Təbii ki, hansısa bir fövqəladə hadisə baş verməsə. Özil və Sançes mövsümün sonunda yeni müqavilə bağlaya bilərlər? Bu məsələ təkcə məndən asılı deyil. Onlar da bunu istəməlidilər”.
Qeyd edək ki, Özillə Sançesin “Arsenal”la müqaviləsi 2018-ci ilin yayında başa çatır.