Həbib Ağayev: “İlk dəfə bu cür səviyyədə rəqibə qarşı çıxış etdik”

18:40 28 Noyabr 2017

Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə “Qarabağ”a uduzaraq (0:2) mübarizəni dayandıran “Qaradağ Lökbatan”ın baş məşqçisi Həbib Ağayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Ağayev öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Komandamla fəxr edirəm ki, belə bir oyun oynadı. “Qarabağ” Çempionlar Liqasında çıxı edir. Bu oyun bizim üçün yaxşı, böyük təcrübə oldu.

 

- Komanda bir müddət çox yaxşı oynadı. Ancaq komanda son zərbəni vura bilmirdi. Bu, nə ilə bağlıdı?
- Bizdə birinci dəstədə qrafik çox sıxdı. Həm də, ilk dəfə bu cür səviyyədə rəqibə qarşı çıxış etdik. Elə futbolçularımız var ki, indiyə kimi Premyer Liqada oynamayıblar. Buna görə, rəqibdən bir qədər çəkinirdilər. Vaxt keçdikcə, bu, aradan qalxacaq.

 

- Komandanın qarşısına nə məqsəd qoymuşduz?
- Onlara öz oyunlarını nümayiş etdirmələrini bildirmişdim. Fikrimcə, komandam yaxşı çıxış etdi.


Digər xəbərlər

Xəbər xətti