"Qəbələ"nin qışda heyətinə qatmaq istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Rumıniyanın "Astra" klubunun futbolçusu Aleksandru Dandya "qırmızı-qaralar"ın transfer hədəfindədir. Bu barədə məlumatı "fanatiko" nəşri yayıb. Məlumatda bildirilir ki, "Qəbələ"nin nümayəndələri 29 yaşlı müdafiəçinin Rumıniya çempionatının 16-cı turunda "Styaua"ya qarşı 90 dəqiqə oynadığı görüşü stadiondan izləyiblər. "Qəbələ"nin rumıniyalı oyunçu üçün 15 min dollar maaş və əlavə bonuslar ödəməyə hazır olduğu xəbərdə qeyd olunub.
Qeyd edək ki, Dandya 2015-ci ildən "Astra"da çıxış edir.