"Tottenhem"in futbolçusu 13 aydan sonra qayıtdı

12:40 29 Noyabr 2017

“Tottenhem”in yarımmüdafiəçisi Erik Lamela uzun fasilədən sonra meydanlara qayıdıb.

 

Sportarena.az xəbər verir ki, ötən ilin oktyabrında bud əzələsində ciddi problemlər üzləşən futbolçu yayda fərdi məşqlərə başlasa da, fiziki məşqlərdə çətinliklərlə üzləşib. Yalnız sentyabrdan komanda ilə məşqlərə başlayan futbolçu nəhayət əsas komandanın heyətində dünən meydana çıxıb.

 

Komandanın baş məşqçisi Mauritsio Poçettino İngiltərə çempionatının 14-cü turunda “Lester”lə görüşdə komanda hesabda geri olarkən (2:0) Lamelanı meydana buraxıb. Futbolçu isə meydana daxil olduqdan 76 saniya sonra Harri Keynə məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti