AFFA "lipa" futbolçu oynadan 8 klubu cəzalandırdı

13:45 29 Noyabr 2017

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclas zamanı aşağı yaş qruplarının çempionatlarında baş vermiş qayda pozuntularına da baxılıb. U-17 liqasında keçirilmiş bir oyunda “lipa” aşkarlanıb. Belə ki, noyabrın 27-də keçirilmiş “Kəpəz” - “Mil-Muğan” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib. Buna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Bundan əlavə, U-13 qızlar liqasında “Təhsil” FM, “Mil-Muğan” (İmişli), “Qubek” (Balakən), “Gənclik” (Şəki), “Qabaqçöl” (Balakən), , UGİM (Şəki) komandaları, U-16 qızlar liqasında isə “Əhmədli Yunayted” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


Digər xəbərlər

Xəbər xətti