Divizion klubları 100 manat cərimələndi

14:46 29 Noyabr 2017

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun 11-ci turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib:

 

Birinci divizionun 11-ci turunun “Ağsu” - “Şüvəlan” oyununun 77-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 20 manat cərimə ödəməli olacaq.

 

“Binə” - “Mil-Muğan” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti