"Keşlə" klubu iki futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ramiz Məmmədov məlumat verib. O, yarımmüdafiəçilər - Nizami Hacıyev və Mirhüseyn Seyidovun klubdan göndərildiklərini açıqlayıb.
Məmmədov bildirib ki, göndəriləcək futbolçuların siyahısına daha bir neçə nəfər əlavə olunacaq.