Azərbaycan kubokunda 1/4 finalın bütün cütləri

18:31 29 Noyabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsində qarşılaşacaq bütün cütlər məlum olub. 

 

Sportarena.az xəbər verir ki, Premyer Liqada işləri yaxşı getməyən "Kəpəz"lə "Keşlə" 1/4 final mərhələsində üz-üzə gələcək. 1/8 final mərhələsində “Mil-Muğan”ı darmadağın edən (8:0) “Qəbələ” isə “Səbail”lə qarşılaşacaq. 1/4 finalın digər oyunlarında "Neftçi" "Zirə" ilə, "Qarabağ" isə "Sumqayıt"la üz-üzə gələcək

 

1/4 final mərhələsinin ilk oyunları dekabrın 10-11-də, cavab görüşləri ayın 14-15-də keçiriləcək.

 

Azərbaycan kuboku, 1/4 final

Qəbələ - Səbail
Keşlə - Kəpəz
Zirə - Neftçi
Qarabağ - Sumqayıt

 


Digər xəbərlər

Xəbər xətti