"Keşlə" bəyanat yaydı - Nizami və Mirhüseynlə bağlı

11:32 30 Noyabr 2017

"Keşlə"nin iki futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidovun danışılmış oyunlarda iştiraka görə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Klub prezidenti Zaur Axundov futbolçuların saxlanıldığını təsdiq edib. Klub isə məsələ ilə bağlı bəyanay yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:

 

"Keşlə" Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir".


Digər xəbərlər

Xəbər xətti