UEFA Çempionlar Liqasında növbəti mövsümdən etibarən qrup mərhələsinin oyunları yeni saatda keçiriləcək.
Sportarena.az xəbər verir ki, qurumun aldığı qərara görə, 2018/19 mövsümündən etibarən oyunların yarısı Bakı vaxtı ilə 22:00-da, digərləri isə 00:00-da baş tutacaq.
Azərbaycandan fərqli olaraq Avropada yay və qış saatlarına keçid tətbiq edildiyindən yay vaxtında görüşlər Bakı vaxtı ilə 1 saat tez başlayacaq.
Qeyd edək ki, hazırda oyunlar yerli vaxtla saat 23:45-də başlayır. Türkiyə, Azərbaycan və Rusiya təmsilçilərinin ev oyunları isə 21:00-da keçirilir.