"Keşlə"nin iki futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidovun danışılmış oyunlarda iştiraka görə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, Daxili İşlər Nazirliyi futbolçuların saxlanılmasına münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəisi Ehsan Zahidov Unikal.org-a bildirib ki, məsələ ilə bağlı özü araşdırma aparır:
"Hələ ki, bir şey öyrənə bilmirəm. Hadisə öz təsdiqini tapmayır”.