Qurban Qurbanov: "Həm futbolçular, həm də mən təcrübə topladım"

14:05 30 Noyabr 2017

“Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov “championat.com” saytına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını da dəyərləndirib. O, komandanın turnirdəki nəticəsindən razı qaldığını deyib:

 

“Əlbəttə, nəticə qənaətbəxşdi. Bizim üçün çox ağır idi. Bakıya üç çox güclü klub gəlmişdi. Hər üç rəqibimiz ÇL-in finalında oynamaq istəyir. Biz layiqli mübarizə aparmaq üçün çox səy göstərdik. İlk oyunlarda heç nəticə haqda da düşünmədik. Bütün futbolçularda böyük həyəcan var idi. Xüsusən də, Londonda - “Çelsi” ilə keçirilən ilk oyunda. Oyundan-oyuna həm futbolçular, həm də mən təcrübə topladım.

 

 

ÇL-də növbəti mövsümün hədəflərinə gəldikdə isə, əvvəlcə Azərbaycan çempionatında qələbə qazanmalıyıq. Bildiyimə görə, ÇL-in formatı da dəyişəcək. İndi qrup mərhələsinə vəsiqə qazanmaq çox çətin olacaq. Azərbaycan çempionatında qalib gəlsək, yenə də böyük istəklə ÇL-in qrupuna düşməyə çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti