"Neftçi" bəyanat yaydı - "Bu xəbərləri qətiyyətlə pisləyirik"

14:21 30 Noyabr 2017

“Neftçi” klubu oyun alğı-satqısında adının hallanması ilə bağlı bəyanat yayıb.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” son günlər KİV-də klubun ictimai nüfuzuna xələl gətirən və həqiqətə uyğun olmayan məlumatların yayılmasından narahatlığını ifadə edib. Məsələdə adı hallanan “Neftçi” bəyanatda bunu qərəz kimi dəyərləndirib:

 

“Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi"nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymağa məcbur etdi. "Neftçi" həm klub daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı dövrünü yaşayır - əsl komanda olaraq birləşib, bütövləşib vahid məqsəd uğrunda mübarizə aparır. İstər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda klubdaxili atmosferi pozmağa və "Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik.

 
Bildiririk ki, "Neftçi"nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcək. KİV-dən bu məsələlərdə xüsusən diqqətli olmağı və ölkəmizin ən köklü futbol klubunun adına hörmətlə yanaşmağı xahiş edirik. Dəyərli azarkeşlərimizə isə uğurlarımıza kölgə salmaq istəyən qüvvələrin yaydığı əsassız məlumatlara inanmamağı tövsiyə edirik”.


Digər xəbərlər

Xəbər xətti